3 saylı Uşaq evində Xeyriyyə tədbiri
keçirilmişdir
Xətai rayonu, 3 saylı Uşaq evi,27
may 2008-ci il
«Ümid» Humanitar Sosial Dayaq Mərkəzi 27 may
2008-ci il tarixdə Xətai rayonu 3 saylı Uşaq evində Xeyriyyə Tədbiri həyata
keçirmişdir.
Tədbir BP və onun tərəfdaşlarının maliyyə dəstəyi ilə həyata keçirilən «Bakı
Koridoru boyunca Gənclərin Məşğulluq və İqtisadi İmkanlarının
Genişləndirilməsi Təşəbbüsü» layihəsi çərçivəsində reallaşmışdır.

Tədbirinin keçirilməsində məqsəd peşə
bacarıqları əldə etmiş şagirdlərin ərazidə tanınmasına şərait yaradılması,
gənclərin müvafiq sahələr üzrə qazandığı bilik və bacarıqlarını təcrübədən
keçirməsinin təmin edilməsi onların gələcəkdə peşə seçimi ilə əlaqəli sosial
vərdişlərə yiyələnməsinə istiqamət verilməsindən ibarət olmuşdur.
Tədbir çərçivəsində Usta Yanında Şagird Hazırlığı metodu ilə peşə
bacarıqlarına yiyələnmiş 12 nəfər gənc və onlara peşə öyrədən 6 nəfər usta
uşaq evinin 3-18 yaş arası 103 sakininə ( 42 qız və 61 oğlan) bərbər xidməti
göstərmişlər.
Fatimə Gözəllik Salonunun rəhbəri
Y.Qasımovanın dedikləri: «Mən ilk dəfə bu səpkili tədbirdə 2005-ci ildə
«Ümid» HSDM tərəfindən SOS Uşaq Kəndində keçirilən xeyriyyə tədbirində
iştirak etmişəm.. O gündən bəri mən və işçilərin mütəmadi olaraq Bakı
şəhərində yerləşən Uşaq evləri və internat məktəblərinə gedir, uşaqları
bərbər xidmətləri ilə təmin edirik. Bu tip tədbirlərin istər gənclərdə ,
istərsə də biz ustalarda xeyirxahlıq ideyasının aşılanmasında böyük rolu
olur».
|