BAŞ SƏHİFƏ | Bülletenlər | İnformasiya bülleteni - 2009 | İqtisadi İmkanların Artirilmasi və İcma Peşəkarlığının İnkişafı

İqtisadi İmkanların Artirilmasi və İcma Peşəkarlığının İnkişafı

Şrift ölçüsü: Decrease font Enlarge font
image

«Ümid» HSDM 2010-cu ilin oktyabr ayından etibarən daha bir yeni layihənin-BP və tərəfdaşlarının maliyyə dəstəyi ilə «İqtisadi İmkanların Artirilmasi və İcma Peşəkarlığının İnkişafı» layihəsinin icrasına başlamışdır.

Bu layihə vasitəsi ilə Ümid HSDM hökumət, icmalar və sahibkarlar arasında əlaqələrin qurulmasına və inkişafına, eləcə də hədəf ərazilərdə sahibkarların mövcud biznes imkanlarının genişləndirilməsinə yardım edəcəkdir.

Layihənin məqsədi sahibkarların bizneslərinin davamlı inkişafı və işsiz gənclərin məşğuliyyəti üçün daha yaxşı imkanların yaradılmasıdır. Hədəf sahibkarlar «BTC/CQBK boyunca icmalarda içməli su təchizatının yaxşılaşdırılması» layihəsi çərçivəsində yaradılmış müəssisələr olacaqlar (11 icmada fəaliyyət göstərən 8 MMC). «Ümid» HSDM bu layihə çərçivəsində 1,5 il ərzində, əsasən Mərkəzi Aran (Küdəmir, Ucar, Ağdaş və Yevlax) regionunu əhatə edən icmalarda işləyərək, ərazidə fəaliyyət göstərən 8 sahibkara (8 MMC) və yerli gənclərə öz bizneslərinin davamlı inkişafı və məşğuliyyəti üçün dəstək verəcəkdir.

Layihənin icrası zamanı «Ümid» HSDM tərəfindən 8 hədəf MMC-in fəaliyyətinin GZİT analizi keçiriləcək və onların ehtiyacları müəyyənləşdiriləcəkdir. Aparılmış analizlər əsasında birinci mərhələ üçün hər bir MMC-dən kiçik həcimli biznes plan alınaraq maliyələşdiriləcək. Layihənin ikinci mərhələsində isə 8 hədəf sahibkarlardan alınmış mikrolayihədən 4 uğurlu və effektiv olanı dəstəklənəcəkdir.

 

Hədəf icmalarda yaşayan gənclərin məşğulluğunu və biznes bacarıqlarını artırmaq məqsədi ilə usta yanında şagird hazırlığı kursları təşkil ediləcək. Bu kurslarda 44 gəncə müxtəlif peşə təlimlərinin verilməsi nəzərdə tutulur. Kursları müvəffəqiyyətlə qurtaran və sahibkarlıq fəaliyyətinə başlamaq istəyən 25 gəncdən biznes planlar alınacaq və onlardan ən yaxşı 10 plan Möhkəm Başlanğıclı İqtisadi Layihələr (MBİL) vasitəsilə maliyyələşdiriləcəkdir. «Ümid» HSDM hədəf ərazilərdə fəaliyyət göstərən kredit və lizinq təşkilatları ilə əməkdaşlıq edərək, bizneslərini genişləndirmək istəyən sahibkarları kredit müəssisələri ilə əlaqələndirəcək.

Layihənin icrası nəticəsində 8 müəssisənin strateji planları hazırlanacaq, bizneslərini inkişaf və idarə etməklə öz müəssisələrinə yardım etmək bacarıqları artırılacaqdır. Eyni zamanda sahibkalar yerli mənbələrin tədbiqi və bizneslərinin davamlılığının təminatı üçün dövlət proqramlarına inteqrasiya etmək imkanları yaranacaq. İcma gəncləri biznes bacarıqlarını artırmaqla, müstəqil şəkildə xidmət göstərəcək, bizneslərini idarə edərək müştəri cəlb edə biləcəklər. Hədəf faydalananlar bizneslərini inkişaf etdirmək üçün kredit əldə etmək məqsədilə kredit müəssisələri ilə əlaqələndiriləcək.

Layihənin təsiri nəticəsində icmanı biznes və sahibkarlıq imkanları genişlənəcək.Nəticədə onlar öz müştərilərinə xidmət göstərərək maliyə imkanlarının yaxşılaşdırılmasına nail olacaqlar. Layihənin ilk 3 ayı ərzində 2 MMC-nin GZIT analizləri hazırlanmış, 11 sutəmizləyici qurğu üzrə yerli bələdiyyələrlə 11 müqavilə bağlanmış, 10 nəfər gənc UYHŞ üzrə müvafiq kurslara cəlb olunması üçün seçilmişdir.