BAŞ SƏHİFƏ | Bülletenlər | İnformasiya bülleteni - 2007 | «Ümid» HSDM-nin baxışında inkişaf

«Ümid» HSDM-nin baxışında inkişaf

Şrift ölçüsü: Decrease font Enlarge font

1997-ci ildə yaradılmış və 1998-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində rəsmi dövlət qeydiyyatına alınmış "Ümid" HSDM-nin məqsədi aztəminatlı əhali qrupunun sosial, iqtisadi və təhsil problemlərinin həllinə kömək etməkdən ibarətdir. 

Yerli QHT olan «Ümid» Humanitar və Sosial Dayaq Mərkəzinin bütün heyəti hər bir fəaliyyət sahəsində ən tutarlı və dayanıqlı dəstəyin məhz inkişaf olduğuna inanır. Elə bu səbəbdəndir ki, istənilən layihə təklifləri hazırlanarkən məhz inkişaf aspektinə xüsusi diqqət ayrılır və bu yanaşma layihələr üzrə fəaliyyətlərin əsasını təşkil edir.

Ümid HSDM-nin inkişaf hədəfinə layihələr çərçivəsində bütün müdaxilə obyektləri daxildir – icmaların inkişafı, İƏT və QHT-lərin inkişafı, sosial infrastrukturun və iqtisadi imkanların inkişafı, təşəbbüskarlığın, cavabdehliyin, məsuliyyətin, sahiblik hissinin, şəffaflığın inkişafı, və ən nəhayət maddi - texniki və insan resurslarının inkişafı. Bu yanaşma Ümid HSDM-in 2007-ci il üzrə fəaliyyətində də mühüm rol oynamışdır.

İnkişaf məqsədilə Ümid HSDM-in həyata keçirdiyi tədbirlər sırasında bacarıqların artırılması komponenti xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanda fəaliyyəti müddətində demək olar ki, bütün respublika ərazisində icmaları səfərbər etmiş, inkişaf etdirmiş və onların çoxunu təşəbbüskar, idarəedici və özünəinamlı icma səviyyəsinə qədər yüksəltmişdir. İcmaların inkişafının göstəriciləri onların ümumi icma problemlərini, onların həlli yollarını və imkanlarını müəyyənləşdirmək, müvafiq qaydada layihə təklifləri hazırlamaq və layihələri həyata keçirmək bacarığı, qazanılmış nailiyyətlərin digər icmalarla paylaşmaq qabiliyyəti, az təcrübəli icmalara mentorluq, təcrübənin ötürülməsi, təbii və yerli resurslardan qənaətlə və effektiv istifadə sahəsində səriştəlilik və s. kimi faktlara əsaslanır.