İnkişaf üçün Təhsil
Donor: Birləşmiş Millətlər Təşkilatının Qaçqınların işi üzrə Ali Komissarlığı (BMT QAK)
Layihənin məqsədi: A) Məcburi köçkün məktəblərində təhsil şəraitinin yaxşılaşdırılması və valideyn təşəbbüskarlığının artırılması
Sumqayıt şəhərində yerləşən 14 məcburi köçkün məktəbində fəal təlim metodlarını tətbiq etmək məqsədilə seminar təşkil edilmişdir. 16 ingilis dili müəllimin iştirak etdiyi seminarda müasir təlimlərin aparılma metodikası və strategiyası sahəsində məlumatlar verilmişdir.
Noyabr ayında Azrərbaycan Beynəlxalq Məktəbinin şagirdləri Füzuli 40 saylı və Laçın İmanlar məktəbinin qonağı olmuşlar.
Məcburi köçkün şagirdlərin və Beynəlxalq Məktəbin şagirdlərinin bir araya gəlməsində əsas məqsəd müasir təhsilin faydalı təcrübəsinin ötürülməsi, məktəblərarası əməkdaşlığın qurulması və müxtəlif millətləri təmsil edən uşaqlar arasında ünsiyyətin qurulmasına şərait yaradılması olmuşdur.
B) Məcburi köçkün gənclərin UYŞH metodu ilə peşə bacarıqlarının artırılması
Usta Yanında Şagird hazırlığı metodu ilə 37 məcburi köçkün gənc azrularına uyğun peşələrə yiyələnmişlər.
Peşə bacarıqları əldə etmiş 15 gəncə gələcəkdə öz bizneslərini qurmaqda kömək məqsədilə sahibkarlıq və biznes təlimləri verilmişdir. Təlimlərdə bazar araşdırmalarının aparılması, GZİT təhlili, biznes planın hazırlanması, uçotun aparılması, vergi ödəyicilərinin qeydiyyatı və vergi sahəsində ilkin məlumatlar verilmişdir.
Həmçinin, bu gənclərə kompüterdə işləmək bacarıqları əldə etmələri üçün kompüter kursları təşkil edilmişdir. Kurslarda gənclərə MS Windows, MS Word, MS Excel proqramları barədə ətraflı bilgilər verilımişdir.
Ümid HSDM əqli və və fiziki cəhətdən qüsurlu uşaqların təhsil aldığı internat məktəbində xeyriyyə kampaniyası keçirmişdir. 14 nəfər peşə bacarıqlarına yiyələnmiş gənc 2 gün davam edən bu kampaniyada əldə etdikləri bacarıqları böyük həvəslə nümayiş etdirmiş, orda təhsil alan yüzlərlə uşağın sevicinə səbəb olmuşlar.
Tədbir internat məktəbində təhsil alan uşaqların kukla tamaşası və əl işlərinin sərgisi ilə sona çatmışdır.
C) BMT QAK-ın Azərbaycanda Qaçqınlara və məcburi köçkünlərə yardım proqramlarına maddi– texniki dəstək
2005-ci ilin oktyabr ayında Beynəlxalq Lutheran World təşkilatı tərəfindən BMT QAK-a göndərilən humanitar yardımlar anbara qəbul edilmişdir. 2006-cı ilin paylama planı hazırlanmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq şöbəsi tərəfindən təsdiq edilmişdir. Plana əsasən 2006-cı ildə 13 təşkilatın xətti ilə 17 şəhər və rayonda məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinə humanitar yardım paylanması nəzərdə tutulur.



