BAŞ SƏHİFƏ | Bülletenlər | İnformasiya bülleteni - 2004 | Zığ İcma İnkişafına Təşəbbüs

Zığ İcma İnkişafına Təşəbbüs

Şrift ölçüsü: Decrease font Enlarge font
image

Zığ İcma İnkişafına Təşəbbüs layihəsi BP-nin maliyyə dəstəyi ilə Şahdəniz Qaz İxracı layihəsi çərçivəsində 2004-cü ilin yanvar ayından icraya başlamış və hazırda fəaliyyətin üçüncü və dördüncü rübünü tamamlamışdır.

Layihənin reallaşmasında məqsəd hədəf ərazi hesab edilən Bakı şəhəri, Zığ şossesi ərazisində Z.Tağıyev adına Toxuculuq Kombinatının ətrafında yerləşən icmaların effektiv şəkildə səfərbər edilməsi və ərazidə yeni gəlir imkanlarının yaradılmasıdır.

Göstərilən məqsədlərin reallaşdırılması üçün Ümid HSDM üçüncü və dördüncü rüb ərzində növbəti vəzifələr üzrə fəaliyyət nümayiş etdirmişdir:

İ
cma İnkişafı

Layihənin əsas komponenti olan icma səfərbərliyi prosesi hər iki rüb ərzində də davam etdirilmiş, bu istiqamətdə müvafiq tədbirlər həyata keçirilmişdir. Əvvəlki rüblərdə ilkin səfərbərlik tədbirlərinin həyata keçirildiyi icmalarla yanaşı, yeni icmalarda da ümumi yığıncaqlar keçirilmiş, həmin yığıncaqlar icmaların fəaliyyət qruplarının adını və işləmə prinsiplərini təyin etməsi ilə məhsuldar olmuşdur.

Zığ ərazisində Ümid tərəfindən artıq səfərbər edilməsi nəzərdə tutulmuş 10 icma artıq formalaşdırılmış, müvafiq olaraq həmin icmalarda İFQ seçilmiş, hər bir icmada icmaların dayanıqlı inkişaf atributu olan İcma Fondları yaradılmışdır.

Icmaların effektiv səfərbərliyi məqsədilə Ümidlə İFQ arasında cəmi 465 nəfərin (336 qadın, 129 kişi) iştirakı ilə 46 dəyirmi masa müzakirələri təşkil edilmişdir.

İcmalara texniki dəstək

Icmalara texniki dəstək işləri davam etdirilərək 441 nəfərin iştirakı ilə (256 qadın, 185 kişi) İcma Səfərbərliyi, Komanda ilə iş və liderlik, Ehtiyacların müəyyənləşdirilməsi, Layihə təklifinin yazılışı, Icmanın idarə olunması, Münaqişələrin həlli mövzularında 49 təlim keçirilmişdir:

İnfrastrukturun inkişafı

Ümid HSDM-nin texniki dəstək tədbirləri nəticəsində icmalar ümumi problemləri barədə fikirləşmək, onları həll etmək üçün zəruri bacarıqlar əldə etmişlər. Icma layihələrinin həyata keçirilməsi Ümidin çoxillik icma işi təcrübəsinə əsaslanaraq dəqiq prosedur üzrə reallaşır.

Ehtiyacların müəyyənləşdirilməsi təlimi almış İFQ üzvləri icmlarla sorğu keçirir. Sorğunun nəticələri problemlərin aktuallıq dərəcəsini müəyyənləşdirməyə imkan verir, icmaların daha aktual hesab etdiyi problemləri prioritetləşdirmək məqsədilə aparılan ehtiyacların qiymətləndirilməsi prosesi zamanı aşağıdakı sxemdə qeyd edilən meyarlar nəzərə alınır.

Beləlilkə, prioritetin müəyyənləşməsi artıq İFQ üzvlərinə layihə təklifi yazmaq üçün əsas verir.

Layihənin başladığı dövrdən indiyə qəqər icmalar Ümidin dəstəyi ilə hədəf ərazisində

  • 11 sürətli nümayiş layihəsi;

  • 2 mikrolayihə;

  • 3 infrastruktur layihəsi həyata keçirmişdir.

Qeyd etmək lazımdır ki, Yerli hakimiyyət orqanları icma layihələrinin reallaşdırılmasına maraq göstərmiş və dəstəkləmişdir.

İcma Maarifləndirmə Layihələri

Hədəf ərazisində təşəbbüskarlığın inkişafı, istedadların üzə çıxarılması, inamsızlığın aradan qaldırılması və problemlərin həllində mütəşəkkilliyin göstərilməsinə nail olmaq üçün Zığ İcma İnkişafına Təşəbbüs layihəsi çərçivəsində İcma Maarifləndirmə layihələri (IML) həyata keçirilir.

Bu layihələrin həyata keçirilməsində məqsəd Icma üzvlərinin yaradıcı təşəbbüslərinin dəstəklənməsi, İcmalararsı inteqrasiyanın təmin edilməsi , Yerli hakimiyyət orqanlarının icma resursları barədə məlumatlılığının artırılması və s.dir.

Qeyd edilən məqsədlər zəminində Ümid hesabat dövrü ərzində 4 İML həyata keçirmişdir.

  • Humanizm yalnız insana məxsusdur;

  • İcmalar istedad sorağında;

  • Yeni il şənliyinin keçirilməsi;

  • SOS uşaq rəqs qrupuna rəqs paltarlarının tikilməsi.

Humanizm yalnız insana məxsusdur adı ilə reallaşdırılan ilk layihə - Zığ ərazisindəki aztəminatlı və imkansız uşaqlara bərbər xidmətlərinin göstərilməsi layihəsi olmuşdur.  

Layihənin mahiyyəti ərazidə ZİİT layihəsinin komponenti kimi Usta Yanında Şagird hazırlığı –peşə təlimi kursları vasitəsilə SOS-Uşaq Kəndi Assosiasiyası-Azərbaycanda yaşayan uşaqlara və tərbiyəçilərə bərbər xidmətinin göstərilməsi və onların BMT QAK-ın Azərbaycandakı Proqramlarına Maddi-Texniki Dəstək layihəsi çərçivəsində qeyri-ərzaq yardımı ilə təmin edilməsi olmuşdur. 

Əsas məqsədi mövcud icma resurslarını araşdıraraq, istedadlı üzvlərin aşkarlanması, onların icma ərazisində tanınmasının, icma üzvlərinin estetik və mədəni maariflənməsinin təmin edilməsi olan - İcmalar İstedad sorağında adlı ikinci layihə 28 sentyabr 2004-cü il tarixdə keçirilən Birlik İcmasının 16 yaşlı üzvü Arzu Əhmədovanın Rəsm Sərgisi oldu.

İqtisadi İmkanların Genişləndirilməsi

Usta yanında şagird hazırlığı

Hədəf ərazisində məşğulluq imkanlarının genişləndirilməsi, gənclərin peşə, biznes vərdişlərinin və bacarıqlarının artırılması, gənclərin pis vərdişlərdən, ələ baxımlılıqdan çəkindirilməsi və ləyaqət hissinin inkişaf etdirilməsi məqsədilə 25 şagird 8 sahə üzrə (qadın və kişi bərbəri, mobil telefon təmiri, qadın dərzisi, avto-mühərrik təmiri, kosmetoloq, qaynaq, avto-çilingər) təlimlərə cəlb olunmuşlar. 9 şagird peşə təlimlərinə başa vurmuş, 2 nəfər biznes fəaliyyətinə başlamışdır.(Qadın bərbəri və mobil telefon təmiri)

Əlaqəli məlumatlar

TMOL, BP/Şahdəniz, yerli İcra Hakimiyyəti və icma nümayəndələrinin iştiraki ilə 8 sentyabr 2004-cü il tarixində Zığ İnformasiya Mərkəzinin açılış mərasimi keçirilmişdir. İnformasiya Mərkəzinin yaradılmasında məqsəd 3-cü və 4-cü Zığ inşaat platformaları ətrafında yerləşən icmalarla layihəni həyata keçirən təşkilatlar arasında konstruktiv qarşılıqlı əlaqələrin qurulmasın zəmin yaratmaqdır.

Ümid icmaların bir-biri barədə məlumatlılığının artırılması, ən yaxşı təcrübələrin bölüşməsi məqsədilə icmalararası inteqrasiya seminarı təşkil etmişdir. 28 sentyabr 2004-cü il tarixində Zığ qəsəbəsində keçirilən seminarda 40 nəfərə yaxın Sumqayıt, Xaçmaz və Zığ ərazisindən olan icma və QHT nümayəndələri iştirak etmişlər. İştirakçılar icma işinin əsas prinsipləri, icmalar, fəaliyyət qrupu üzvləri və hakimiyyət nümayəndələri ilə qarşılıqlı anlaşma məsələlərini müzakirə etmişlər.

23 sentyabr 2004-cü il tarixdə İngiltərənin Azərbaycandakı Səfiri cənab Lorens Bristo Zığ İnformasiya Mərkəzinə təşrif buyurmuşdur. Səfər zamanı cənab Səfirə Zığ İnformasiya Mərkəzinin məqsəd və vəzifələri və Zığ İcma İnkişafına Təşəbbüs layihəsi çərçivəsində həyata keçirilən fəaliyyətlər barədə məlumatlar verilmişdir.