"İcmaların enerj resurslarından səmərəli istifadəsi və enerji mənbələrinə çıxışın inkişaf etdirilməsi" (Enerji Avtobusu)
"Enerji Avtobusu" layihəsi enerjinin saxlanması, Bakı-Tbilisi magistralı boyunca yerləşən icmalarda elektrik və istilik enerjisi itkisinin minimuma endirilməsi, həmçinin bu ərazilərdə alternativ (qeyri-ənənəvi) enerji mənbələrinin təkmilləşdirilməsi və araşdırılması üzrə nümayiş məqsədi daşıyır.
Avtobus yalnız əhalinin məlumatlılığının artırılması üçün "sərgi salonu" rolunu daşımır. O, həmçinin əhalinin enejinin yaranması, istifadəsi və mühafizəsi, həmçinin əlavə enerji mənbələri və ekoloji nizamlama üzrə məlumatlılığını artıracaq və enerjinin effektiv istifadəsini təmin edəcəkdir.
Avtobusun xarici tərəfi BP və ÜMİD-in loqoları, həmçinin enerjidən effektiv istifadə üzrə elan və şüarlar ilə yüksək zövqlə bəzədiləcəkdir. Avtobusun qabaq hissəsinin yuxarısında səs-çoxaldıcı qoyulacaq və Avtobus qəsəbəyə (icmaya) daxil olarkən kaset işə düşəcək. Bu zaman Enerji Avtobusu üzrə məlumat və enerjidən səmərəli istifadə üzrə şüarlar səslənəcəkdir. Əhali Avtobusun daxilində təşkil edilmiş "sərgi salonu"na dəvət olunacaqlar.
Avtobusun daxilində bir-birindən plastik arakəsmələrlə ayrılmış 4 eyni-ölçülü kabinə, məlumat guşəsi və istirahət otağının olması planlaşdırılır.
Layihənin birinci mərhələsində ən yaxşı təcrübənin öyrənilməsi məqsədilə Gürcüstana səfər edilmişdir; ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi tərəfindən maliyyələşdirilmiş və həyata keçirilmiş layihəyə baxış keçirilmiş və müzakirələr təşkil edilmişdir.
Layihə fəaliyyətləri üzrə materiallar hazırlanmış və BP-nin müdiriyyətinin (Nüfuz və Əminlik üzrə Vitse-Prezident cənab Rocer Nan) iştirakı ilə açılış mərasimi təşkil edilmişdir.
Enerji Avtobusunun dizaynı və alternativ enerji maketlərinin quraşdırılması layihənin ikinci mərhələsində yerinə yetiriləcəkdir. Layihənin ikinci mərhələsinin 2004-cü ilin fevral ayında başlanması planlaşdırılır.



