İnkişaf üçün Təhsil

Şrift ölçüsü: Decrease font Enlarge font
image

Təmir və tikinti: Təhsil şəraitinin yaxşılaşdırılması məqsədilə, 8 sinif otağı təmir olunmuş (Qubadlı rayonu Yuxarı Mollu və Saray kənd məktəbləri, Cəbrayıl rayonu 4 və 6 saylı orta məktəblər, Laçın rayonu Aşağı Cicimli kənd məktəbi və 12 saylı orta məktəb), 4 yeni sinif otağı tikilmiş və 1 sentyabr, 2002-ci ildən istifadəyə verilmişdir. 12 sinif otağının hər biri yeni avadanlıqla təchiz olunmuşdur. Bundan əlavə, Cəbrayıl rayonu 6 saylı orta məktəbdə tualet təmir olunmuş, Cəbrayıl rayonu 4 saylı orta məktəbdə və Laçın rayonu Aşağı Cicimli kənd orta məktəbində 2 tualet tikilmiş, 4 saylı orta məktəbdə kanalizasiya sistemi quraşdırılmışdır. ÜMİD bu fəaliyyətlərin həyata keçirilməsi üçün yalnız material vermişdir və digər işlər əsasən icmanın özü tərəfindən həyata keçirilmişdir. 

Təlimlər: Müəllim və valideynlərin iştirakı ilə 7 icmada 7 mövzu üzrə təlimlər verilmişdir.

Təlim mövzuları:

  • Konfliktlərin həll olunması;

  • Danışıqların aparılması;

  • Könüllülərlə iş;

  • QHT və İƏT üzrə əsas anlayışlar;

  • İcma Fondu və onun idarə olunması;

  • Ehtiyacların müəyyənləşdirilməsi və layihə təklifinin yazılması;

  • QHT-lərin formalaşdırılması və onların rəsmi qeydiyyatı.

Dəyirmi Masalar7 MK məktəbində 99 Dəyirmi Masa təşkil olunmuşdur.

İcma Fəaliyyət Qruplarına (İFQ) verilmiş təlimlərin və dəyirmi masaların nəticəsi olaraq, idarəetmə bacarıqları formalaşdırılmış, 5 icmada İcma Fondları yaradılmışdır; onlar digər icmalar və QHT-lərlə əlaqələr yaratmış, valideynlərin məktəbdə gedən proseslərə diqqəti artmış və daha təşəbbüskar valideyn qrupu formalaşdırılmışdır.