|
Bizim
haqqımızda
"Ümid" HSDM əhalinin aztəminatlı təbəqələrinə onların əsas
ehtiyaclarının ödənilməsində, sosial problemlərinin həllində, təhsil şəraitinin
yaxşılaşdırılmasında, icmaların inkişafında, əhali üçün iqtisadi imkanların
yaradılmasında vəs. yardım edən müstəqil milli qeyri-hökumət təşkilatıdır.
"Ümid" HSDM 1997-ci ildə yaradılmış və 1998-ci ildə Azərbaycan
Respublikası Ədliyyə Nazirliyində rəsmi dövlət qeydiyyatına alınmışdır. ÜMİD
Bakı şəhərində yerləşən Baş Ofisi və Sumqayıt, Xaçmaz və Gəncə şəhərlərində
yerləşən sub-ofisləri vasitəsilə BMT QAK, DQŞ, CHF, BP, BMT-nin Uşaq Fondu,
ABŞ-ın İnkişaf Agentliyi, Dünyanı Öyrənmək, Uşaqları Qoruyaq, Britaniya və
Norveç Səfirlikləri ilə əməkdaşlıq şəraitində işləyir. Bu ofislərin hər biri həm
texniki, həm də işçi heyəti baxımından yaxşı təchiz olunmuşdur. ÜMİD təxminən 44
nəfər işçi ilə faydalananlara xidmət edir.
"Ümid" HSDM-nin
Məqsəd Bəyanatı
ÜMİD-in məqsədi aztəminatlı əhalinin sosial, iqtisadi və təhsil
problemlərinin həllinə kömək etməkdən ibarətdir.
ÜMİD-in əsas hədəfi:
ÜMİD-in işçi heyəti öz bacarıqlarını artırmaq üçün "Bacarıqların
Artırılması", "Texniki Təhlükəsizlik", "Etika və Konfliktlərin İdarə olunması"
mövzusunda beynəlxalq təlimlərdə, konfranslarda və forumlarda iştirak etmişdir.
ÜMİD-in stafı xarici ölkələrdə təşkil olunmuş tədbirlərdə, məsələn, Böyük
Britaniya, ABŞ, Danimarka, Cenevrə, Moskva, Filippində təşkil olunmuş
konfranslarda, həmçinin İsrail və Oksfordda keçirilmiş təlimlərdə iştirak
etmişlər.
ÜMİD daxili İdarəetmə və Mühasibatlıq Qaydalarına malikdir.
Onların hər ikisinin nizamnamələri hazırlanmış və müvafiq orqan
tərəfindən təsdiq edilmişdir. Bu nizamnamələr təchizat və hesabat vermə
proseduraları üzrə iki mərhələli xərclərə nəzarət sistemini özündə əks etdirir.
ÜMİD-in fəaliyyəti donorların təklifi ilə Audit Kompaniyaları və
ÜMİD tərəfindən dəvət olunmuş müstəqil audit tərəfindən yoxlanılmişdır. İşin
şəffaflığını və effektivliyini təmin etmək üçün ÜMİD-in layihələri donorlar
tərəfindən qiymətləndirilmişdir. ÜMİD-in fəaliyyəti iki dəfə audit olunmuş və
təsdiq edilmişdir ki, ÜMİD ölkə-daxili və Beynəlxalq Qanunlara uyğun şəkildə
fəaliyyət göstərir.
Regional və
Beynəlxalq Əlaqələr:
"Ümid" HSDM müxtəlif yerli, regional və Beynəlxalq QHT
Şəbəkəsinin və QHT Bİrliyinin üzvüdür.
"Ümid" HSDM
"Ümid"
HSDM həmçinin müxtəlif regional layihələrdə iştirak edir. ÜMİD "Qafqazda Sülh və
Stabillik" layihəsi (DQŞ və Avropa İttifaqı Humanitar İdarəsinin dəstəyi ilə)
çərçivəsində Gürcüstan BMT Assosiasiyası ilə əməkdşlıq şəraitində İcma İnkişafı
və İcma Şəbəkəsi layihəsini həyata keçirmişdir.
Əsas Dəyərlər
-
Hörmət - biz iştirakçıların,
donorların, partnyorların və işçi heyətin alicənablığını qəbul edirik
-
Düzgünlük - biz ÜMİD-in məqsədinə
uyğun şəkildə fəaliyyət göstərir, davranışlarımızda və dediklərimizdə
vicdanlı və şəffaf olmağa çalışır və kollektiv və fərdi işlərimiz üçün
cavabdehliyi qəbul edirik
-
Öhdəlik - biz geniş icmaya xidmət
etmək üçün birgə effektiv işləyirik
-
Üstünlük - biz böyük təsir əldə
etmək üçün daima öyrənmənin və fəaliyyətin ən yüksək səviyyələrini nəzərə
alaraq özümüzə tənqidi yanaşırıq
|