 |
«Ümid» HSDM-nin həyata keçirdiyi
proqram YUNESKO-nun Regional Savadlanma Konfransında Savadlanma və Sağlamlıq
üzrə 2-ci paneldə təqdim edilmişdir
«Ümid» HSDM tərəfindən həyata keçirilən «İçməli su təchizatının
yaxşılaşdırılması» proqramı 14-16 may, 2008-ci il tarixdə Bakı şəhərində
keçirilən YUNESKO-nun Regional Savadlanma Konfransında Savadlanma və
Sağlamlıq üzrə 2-ci paneldə təqdim edilmək üçün seçilmişdir.
"İçməli su təchizatının
yaxşılaşdırılması" Proqramı BP və Tərəfdaşlarının dəstəyi ilə 2005-ci ildən
başlayaraq BTC/Cənubi Qafqaz Boru Kəməri boyu icmalarda həyata
keçirilir.

YUNESKO-nun, Heydər Əliyev Fondunun və respublika Təhsil Nazirliyinin
təşkilatçıları olduğu konfrans Heydər Əliyev Fondunun prezidenti,
YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı
Mehriban Əliyevanın təşəbbüsü ilə Azərbaycanda keçirilmişdir.
Konfransda
YUNESKO-nun baş direktoru Koişiro Matsuura, Hollandiya şahzadəsi xanım
Laurentien, YUNESKO-nun xoşməramlı səfirləri - İordaniya şahzadəsi xanım
Ferial və İslandiyanın sabiq prezidenti xanım Viqdos Finboqadottir, habelə
bir sıra ölkələrin təhsil nazirləri və çoxsaylı mütəxəssisləri, Azərbaycan
hökumətinin nümayəndələri, xarici ölkələrin Bakıdakı səfirləri iştirak edirdilər.
«Sub-regional hədəflə Avropada Savadlanma Problemlərinin həlli:
Əməkdaşlıqların Yaradılması və Yeni Yanaşmaların İnkişafı» adlı «Qlobal
Savadlanmanın Dəstəklənməsi üzrə YUNESKO Sub-Regional Konfransı qlobal
savadlanmanı dəstəkləyən Birləşmiş Millətlər Təşkilatının Savadlanma
Dekadası (BMTSD) və YUNESKO-nun Savadlanma Təşəbbüsü (ST) çərçivəsində
YUNESKO tərəfindən təşkil edilən altı regional və ya sub-regional
konfransların bir hissəsini təşkil edirdi.
Konfranslar Hamı üçün Təhsil-in (HÜT) məqsədlərindən biri və ömürlük
öyrənmənin bünövrəsi kimi milli, regional və beynəlxalq səviyyələrdə
savadlanmanı irəlilətmək üçün əsas hərəkətverici qüvvənin bir hissəsidir.
Hal-hazırda YUNESKO Avropanı sub-regional hədəflə (mərkəzi, şərqi və
cənub-şərqi Avropa və Baltikyanı ölkələr) əhatə edəcək beşinci konfransı
təşkil edir ki, bu konfrans 30 ölkəni əhatə etmişdir.
Konfransın məqsədi aşağıdakılardan ibarət olmuşdur:
- HÜT çərçivəsində qlobal savadlılıq
hərəkətverici qüvvəsinin və BMTSD-nın bir hissəsi kimi sub-regionda
gənclərin və yaşlıların savadlanması üçün güclü təbliğata cəhd etmək;
- Gənclərin və yaşlıların savadlanmasında
başlıca çətinliklər və nailiyyətlərin müəyyənləşdirilməsi və müzakirəsi,
həmçinin gələcək yolda tövsiyyələrin hazırlanması;
- Ən yüksək siyasi səviyyədə savadlanma
istiqamətində (artan investisiya və resurslar daxil olmaqla)
yeniləşdirilmiş öhdəliklərin hazırlanması;
- Hökumətləri, QHT-ləri, özəl
təchizatçıları, inkişaf agentliklərini, universitetləri və s. cəlb
etməklə BMTSD və Hamı üçün Təhsil (HÜT), Minilliyin İnkişaf Məqsədləri
(MİM) və BMT-nin Dayanıqlı İnkişaf üçün Təhsil Dekadası (DİTD) kimi
digər qlobal təşəbbüslər çərçivəsində effektiv milli savadlanma
proqramlarının və siyasətlərinin dəstəklənməsində bütün maraqlı tərəflər
arasında koalisiya və əməkdaşlığın yaradılması;
- Savadlanma sahəsində müvəffəqiyyətli və
effektiv təcrübələrin mübadiləsi, bilik bazasına çıxış;
- Avropada BMTSD üçün yeni təkanın
hazırlanması və 2008-ci ildə BMTSD-nın yarım-dekada baxışına hazırlığa
yardım etmək.
|
|