|
Daha üç icma
layihəsinin icrası tamamlandı
Zığ şossesi,
Xətai rayonu, 10 oktyabr 2006-cı il
10 oktyabr, 2006-cı il tarixində BP Şahdəniz
şirkətinin İcma Sərmayə Proqramı çərçivəsində maliyyələşdirdiyi “Zığ İcma
İnkişafına Təşəbbüs” layihəsi çərçivəsində
"Ümid" Humanitar və Sosial Dayaq Mərkəzinin və
İcmaların həyata keçirdiyi layihələrin açılışı keçirildi.
-
Ulduz icmasında “İcma Mərkəzinin təşkili”
-
Nargilə icmasında “Məhəllənin abadlaşdırılması”
-
İnam icmasında “Su nasos stansiyasının təmiri”

Tədbirdə Ulduz icması və digər icmaların icma liderləri və İFQ (İcma
Fəaliyyət Qrupu) üzvləri, Şah Dənizin Şirkəti, Xətai Rayon İcra
Hakimiyyətinin və “Ümid” HSDM-nin nümayəndələri iştirak edirdilər.
Qonaqları icma lideri Nəzakət Əlizadə salamladı və öz çıxışında icma
lideri bu layihənin reallaşmasında əməyi olan hər kəsə, icma üzvlərinə,
Şah Dəniz Şirkətinə və Ümid HSDM-nin əməkdaşlarına minnətdarlıq bildirdi.

O,
qeyd etdi ki, bunun nəticəsində icma tədbirlərini keçirmək üçün Ulduz
icmasında sahəsi 210 m2 olan, təxminən 160-180 nəfərlik tutuma malik
xeyir-şər evi istifadəyə veriləcək, icma fondunun həcmu 2005-ci illə
müqayisədə 2 dəfə artacaq.
Bundan başqa ən çox bu layihədən yararlanan Ulduz icması və digər
icmaların üzvləri də ərazidə bele bir layihənin həyata keçirilməsinin
təqdirəlayiq hal kimi qiymətləndirdilər.
İkinci açılış elə həmin tarixdə Nargilə icmasında “Məhəllənin
abadlaşdırılması” layihəsi oldu. Burada da qonaqları icma üzvləri böyük
həvəslə qarşıladılar. İcma lideri Zahid Əmiraslanov qeyd etdi ki, bu
layihənin həyata keçirilməsində əsas məqsəd icma sakinlərinin həyat
şəraitinin yaxşılaşdırılması, icma fondunun inkişafı və icma üzvlərinin
istirahət üçün şəraitin yaxşılaşdırılması idi.
Növbəti açılış İnam icmasında “Su nasosunun təmir olunması” layihəsi oldu.
Bu layihənin də nəticəsində icmada əhalinin su təchizatı və həyat şəraiti
yaxşılaşdırılmışdır.
|