Daha iki icma Karrar
kənd və Bərgüşad İcmaları içməli su ilə təmin olundu
Kürdəmir və Ucar rayonu, 2
noyabr 2006-cı il
2 noyabr 2006-cı il tarixdə Kürdəmir rayonu Karrar kənd və Ucar rayonu
Bərgüşad kənd icmasında Suyun Saflaşdırılması Qurğularının istifadəyə
verilməsi ilə bağlı mərasim keçirilmişdir.
.
Mərasim Bakı-Tbilisi-Ceyhan (BTC Co.) və Cənubi Qafqaz Boru Kəməri (CQBK
Co.) Tərəfdaşlarının Maliyyə dəstəyi ilə “Ümid” Humanitar və Sosial Dayaq
Mərkəzi, Karrar kənd və Bərgüşad kənd İcması tərəfindən icra olunan “İçməli
su təchizatının yaxşılaşdırılması” layihəsi çərçivəsində həyata
keçirilmişdir.

Karrar kənd və Bərgüşad kənd əhalisinin istifadə etdiyi su tender vasitəsilə
seçilmiş icraçı təşkilat – AquaZone və Aquatech təşkilatları tərəfindən
quraşdırılmış müasir su təmizləyici qurğular vasitəsilə təmizlənərək əhaliyə
saf su şəklində istifadəyə verilmişdir.
Karrar kənd icmasının həyata keçirdiyi layihənin ümumi dəyəri 23 874 AZN,
bu məbləğin 4193 AZN icma töhfəsi təşkil etmişdir. O cümlədən,
8129 AZN avadanlıqların alınmasına, 11 552 AZN isə tikinti
işlərinə xərclənmişdir5
Bərgüşad kənd icmasının həyata keçirdiyi layihənin ümumi dəyəri 34 417
AZN, bu məbləğin 6396 AZN icma töhfəsi təşkil etmişdir. O
cümlədən, 12 000 AZN avadanlıqların alınmasına, 16 021 AZN isə
tikinti işlərinə xərclənmişdir.

Su təmizləyici qurğular vasitəsilə təmizlənmiş suyun keyfiyyəti MediClub
Şirkəti tərəfindən təhlil olunmuş və Şirkətin rəyinə görə təmizlənmiş su
normalara uyğundur.
Quraşdırılmış Suyun Saflaşdırılması Qurğularının idarə olunması və gələcəkdə
istismarının dayanıqlılığının təmin olunması Ədliyyə Nazirliyinin müvafiq
şöbəsində qeydiyyatdan keçmiş “Aran-K” və “Gülşad-B” Məhdud Məsuliyyətli
Cəmiyyətləri tərəfindən həyata keçiriləcək.
|