Ana səhifə  |  Haqqımızda  |  Əlaqə

 

  

>Azəri  >English

Humanitar və Sosial  Dayaq  Mərkəzi

     

 İnformasiya Bülleteni - 2006: IV buraxılış



Azərbaycanda Gələcək İcmalar Proqramının Möhkəmləndirilməsi

“Ümid” HSDM 2006-cı ilin noyabr ayından başlayaraq Beynəlxalq Uşaqların Xilası (ABŞ) Təşkilatının dəstəyi ilə “Azərbaycanda Gələcək İcmalar Proqramının Möhkəmləndirilməsi” layihəsinin icrasına başlamışdır. Layihənin hədəf ərazisini, Bakı-Tbilisi-Ceyhan və Cənubi Qafqaz Boru Kəmərinin şərq hissəsində yerləşən Yevlax, Ağdaş, Ucar, Kürdəmir və Hacıqabul rayonlarının 23 icma əhatə edir.

Layihənin məqsədi davamlı icma inkişafına nail olmaq üçün İcma Qrupları və Yerli icra strukturlarının bacarıqlarını, yeniyetmə və gənclərin usta yanında şagird hazırılğı metodunun tətbiqi ilə iqtisadi imkanlarını artırmaqdır.

Layihə üzrə aşağıdakı fəaliyyətlərin həyata keçirilməsi nəzərdə tutulur:

  • Daha bacarıqlı və təcürbəli (Ulduz), inkişaf etmək potensialı və istəyi olan İcma Qruplarının müəyyənləşdirilməsi və təşkilatı bacarıqlarının qiymətləndirilməsi;

  • Ulduz İcma Qruplarına və Bələdiyyələrə bacarıqların artırılması üzrə təlimlərin verilməsi, onlar arasında əməkdaşlığın inkişaf etdirilməsi, Ulduz İcma Qrupları tərəfindən təlimlərin ötürülməsinin izlənməsi;

  • Hədəf icmalarında kiçik sahibkarlar haqqında məlumatların toplanması, təhlili və ehtiyacların müəyyənləşdirilməsi;

  • Usta Yanında Şagird Hazırlanması metodunun tətbiqi, yerli sahibkarların bacarıqlarının artırılması;

  • Sahibkarlarla Mikro kredit təşkilatlarını əlaqələndirilməsi;

  • Möhkəm Başlanığıclı İqtisadi Layihələr.

 

İnkişaf üçün Təhsil
Məcburi köçkün gənclərin bacarıqlarının artırılması və iqtisadi imkanların genişləndirilməsi
Azərbaycanda aztəminatlı məcburi köçkünlər üçün maddi-texniki dəstək


Icrasına 2006-cı ilin yanvarından başlanmış “İnkişaf üçün təhsil” layihəsi BMT QAK-ın dəstəyi ilə “Qaçqınların və məcburi köçkünlərin həyat şəratinin yaxşılaşdırılması və onların məşğulluq imkanlarının artırılması”üzrə Dövlət Proqramına uyğun olaraq həyata keçirilmişdir.

Layihənin məqsədi məcburi köçkünlərin ibtidai təhsil şəraitinin yaxşılaşdırılması, Müəllim-Valideyn Assosiasiyalarının inkişaf etdirilməsi, məcburi köçkünlərin Usta Yanında Şagird Hazırlığı metodu ilə peşə bacarıqlarına yiyələnməsi olmuşdur.

2006-ci il ərzində Sumqayıt şəhərində məskunlaşmış 4 məcburi köçkün məktəbində- Qubadlı rayonu Xələc, İşıqlı, Əliquluuşağı və 6 saylı Cəbrayıl rayonu kən məktəblərində təmir-tikinti işləri aparılmış, sinif və icma otaqları avadanlıqlarla təchiz olunmuşlar.

Məktəblərdə Təşəbbüs qrupu qrupları yaradılmış və MVA-lar formalaşdırılmışdır.

Layihə komponentlərindən biri də icma üzvlərinin bacarıqlarırının artırılması idi. Elə bu məqsədlə icma üzvləri müxtəlif mövzularda dəyirmi masa (41 mövzuda 115 dəyirmi masa) və təlimlərə (10 mövzuda 25 təlim) cəlb olunmuşlar.

Dəyirmi masalar vasitəsilə icma fəallarına bir yerə toplaşma, müzakirə, qırarvermə vərdişləri aşılanmış, sadalanan mövzuların müzakirəsi zamanı icmanın problemlərinin həlli istiqamətində qərarların qəbul edilməsinə çərait yaradılmışdır. Dəyirmi masaların hər birinsə işitrakçıların sayı 17 olmaqla cəmi 1955 nəfər, onların 880 nəfəri müəllim, 1075 nəfəri valideyn, 1466 nəfəri qadın və 489 nəfəri kişi olmuşdur.

İcmalarda icma görüşlərinin səfərbərlik prosesində əsas amil olduğunu nəzərə alaraq 2006-cı il ərzində İcma fondu, İcma Töhfəsi, Müəllim-Valideyn münasibətləri, Narkomaniya və ona qarşı mübarizə, Zorakılıq və ona qarşı mübarizə, Erkən nigahlara qarşı mübarizə, Ətraf mühitin ekologiyası məsələlərini əhatə edən 136 görüş (cəmi: 1070 nəfər, 700-qadın,370 -kişi,) keçirilmişdir.

İcma fəallarının bilik və bacarıqlarının artırılması məqsədilə icmlarda keçirilən təlimlərdə 338 nəfər olmaqla , 187 nəfər valideyn, 151 nəfər müəllim (100 nəfər kişi, 238 nəfər qadın) iştirak etmişlər.

Təlimlərin ötürülməsi məqsədilə bilgi və bacarıqlarını artırmış İFQ üzvləri icmalarında təlimlər keçmiş və icmanın digər üzvlərinə bacarıqlar aşılamışlar.Cəmi 29 təlim keçirilmiş, təlim iştirakşılarının sayı 403 nəfər olmaqla 251nəfəri valideyn, 152 nəfəri müəllim (266 nəfəri qadın, 137 nəfəri kişi) olmuşdur.

İcma inkişafı sahəsində aparılan təlim və dəyirmi masalar icmalarda MVA-nın üzvlərinin sayını artırmış, layihənin əvvəlindəki 246 nəfərdən 819 nəfərə çatmışdır. Bu MVA-nın dayanıqlı inkişafını əks etdirən amillərdən biridir.

Layihənin “Usta yanında Şagird Hazırlığı” komponenti çərçivəsində gənclərin peşə bacarıqlarının artırılmasına şərait yaradılmışdır, onlara iş yeri tapmaq, gəlir götürmək və bizneslərini qurmaq imkanı yaradılmışdır. Beləki, 17 icmada 30 məcburi köçkün və aztəminatlı yerli gənc 9 ixtisas üzrə 10 usta yanında peşə təlimlərinə cəlb edilmiş və peşə bacarıqlarını artırmışlar.

BMT QAK-ın Azərbaycanda proqramlarına maddi-texniki dəstək komponenti üzrə humanitar yardımların paylanması fəaliyyəti “Azərbaycanda Humanitar yardımların alınması, paylanması, sənədləşdirilməsi, bölgüsü və paylanması qaydaları”na müvafiq olaraq həyata keçirilmişdir.

İl ərzində Bakı, Sumqayıt, Beyləqan, Sabirabad, Goranboy, Kürdəmir, Əli Bayramlı, Saatlı, Gəncə, Xanlar, Qəbələ, Ağcabədi, Füzuli, Şəki, Qax, Zaqatala və Ağdam rayonlarında 56 050 nəfərə qeyqri ərzaq humatiar yardımları paylanmışdır. Paylama keçirilməmişdən əvvəl, yerli və beynəlxalq QHT-lərlə görüşlər təşkil edilmiş, araşdırmalar aparılmış, ehtiyaclar müəyyənləşdirilmiş, ərazilər və hədəf qurpları seçilmişdir. Paylama prosesinə yerli QHT-lər də cəlb olunmuşdur.

 

Azərbaycanda məskunlaşmış qaçqın və sığınacaq axtaranların bacarıqlarının artırılması və maddi texniki dəstək

2006-cı ildə “Ümid” HSDM tərəfindən həyata keçirilən “Azərbaycanda məskunlaşmış qaçqın və sığınacaq axtaranlar üçün maddi-texniki təchizat və peşə təlimi” layihəsinin başlıca məqsədi “Usta yanında şagird hazırlığı” metodu ilə Azərbaycana pənah gətirmiş gənclərin peşə bacarıqlarının artırılması və onlara sənət öyrətməkdən, gənclərin kompyuter və internet xidmətlərindən istifadə sahəsində bacarıqlarının artırmaqdan qaçqın və sığınacaq axtaranların qeyri-ərzaq humanitar yardımlarla təmin olunmasından ibarətdir.

2006-cı ildə layihə sığınacaq axtaranların geniş təbəqələrini (əlillər daxil olmaqla) əhatə etmişdir. Belə ki, 2005-ci ildə olduğu kimi, 2006-cı ildə də layihədən təkcə aztəminatlı sığınacaq-axtaran əhali deyil, həm də fiziki cəhətdən qüsurlu əlil təbəqə də faydalanmışlar.

Yaşı 15-35 arası olan qaçqın və sığınacaq axtaranlar seçim kriteriyalarına uyğun olaraq layihənin hər iki kompanenti üzrə - usta yanında şagird hazırlanması metodu ilə peşə təlimlərinə və kompyuter bilikləri və internet bacarıqları əldə etmək üzrə təlimlərə cəlb edilmişlər. 30 nəfər peşə bacarığı və 68 nəfər kompyuter kurslarını müvəffəqiyyətlə bitirənlər müvafiq sertifikatlar almış, məşğulluğun təmin edilməsi imkanı qazanmışlar. Bununla yanaşı peşə bacarıqları əldə etmiş 4 nəfər iş yeri qurmaq üçün qrant vəsaiti almış və özlərinin biznesini qurmuşlar.

Ümid HSDM BMT QAK-ın anbarının idarə olunması və qeyri-ərzaq yardımların paylanmasını həyata keçirməklə, Azərbaycanda məskunlaşmış aztəminatlı sığınacaq-axtaran 3200 nəfəri yardımlarla təmin etmiş və paltar, məktəbli ləvazimatları, tibbi-gigiyenik dəst, bələk, adyal, və digər yardımları paylamaqla onları dəstəkləmişdir.

 

İçməli su təchizatının yaxşılaşdırılması

“Ümid” HSDM Bakı-Tbilisi-ceyhan (BTC Co.) və Cənubi Qafqaz Boru Kəməri (CQBK Co.) Şirkətlərinin dəstəyilə həyata keçirilən “İcmalarda içməlui su təchizatının yaxşılaşdırılması” layihəsi çərçivəsində 6 icmada əhalini içməli su ilə təmin etmişdir.

Layihə “Ümid” HSDM-nin 2005-ci ildə İcma Sərmayə Proqramının hədəf ərazilərində BTC Kəmərinin Şərq hissəsi boyu icmalarda həyata keçirdiyi qiymətləndirmə əsasında icra olunmuşdur.

İçməli su problemindən daha çox əziyyət çəkən Sığırlı, Karrar kənd, Karrar qəsəbə (Kürdəmir rayonu), Bərgüşad, Qulabənd (Ucar rayonu) və Orta Ləki İcmasında istifadə etkdiləri suyun təmiz hala gəlməsi məqsədilə Su təmizləyici qurğular quraşdırılmışdır.

Əhalinin təmiz su və onun əhəmiyyəti barədə məlumatlılğının artırılmas məqsədilə “İçməli su”, “Suyun saflaşdırılması” və “İçməli sudan İstifadə” adlı bukletlər hazırlanmış və icmalarda paylanmışdır. Bukletlər vasitəsilə icma üzvləri içməli su, onun təmizlənməsi, təbii suyu çirkləndirən mənbələr, çirkli suların tərkibi, su mənbələrinin məişət tullantıları ilə çirklənmədən mühafizə yolları barədə bilgilər əldə etmişlər.



Icmaların təşkilati və institusional bacarıqlarının artırılması, bələdiyyə və hökümət orqanları ilə effektiv əməkdaşlıq etmək bacarıqları əldə etmək istiqamətində təlimlər keçirilmişdir. Təlimlərdə icma üzvləri, bələdiyyə və yerli hökumət orqanlarının nümayəndələri iştirak etmişlər.

İcmalarda quraşdırılmış suyun saflaşdırılması texnologiyalarının dayanıqlığının təmin olunması, suyun satışının təşkili, satışdan əldə olunan gəlirin şəffaf və effektiv istifadəsinin təmin olunması, suyun keyfiyyərinin müntəzəzm olaraq monitoru və icma layihələrinin hazırlanmasını təmin etmək məqsədilə 6 MMC təsis edilmişdir.

Təsis edilmiş “Çeşmə S”, “Aran K”, “Şirvan Q”, “Gürşad B”, “Şəfa Q”, və “Kəhriz L” MMC-ləri dövlət qeydiyyatına alınmışdır.
 

 

Ətraf mühit və enerji təşəbbüslərinin dəstəklənməsi

İcmaların öz ətraf mühit və enerji məsələlərini təhlükəsiz və dayanıqlı şəkildə idarə etməsinə və istifadəsinə dair yerlərdə məlumatlığın artrılmasına xidmət edən “Ətraf mühit və enerji təşəbbüslərinin dəstəklənməsi” layihəsi 2006-cı ilin may ayından etibarilə həyata keçirilir. Layihə Bakı-Tbilisi-Ceyhan (BTC Co.) və Cənubi-Qafqaz-Boru Kəməri (CQBK) Co. Şirkətləri Tərəfdaşlarının dəstəyi ilə icra olunur.

İcmalarda enerji resurslarının idarə edilməsinin təkmilləşdirilməsi, alternativ enerjidən istifadə təşəbbüslərinin dəstəklənməsi və icmalarda ətraf mühitin çirklənməsi hallarının azaldılması məqsədilə həyata keçirilən proqram çərçivəsində maarifləndirmə komponenti üzrə səyyar sərgi xarakterli “Enerji Avtobusu” fəaliyyət göstərir. BTC neft kəmərinin keçdiyi rayonların icmalarında səyyari təbliğat işi aparan avtobusun daxilində enerji mənbələri, ətraf mühit və ekologiya, məişətdə təhlükəsizlik texnikası və s materiallardan ibarət olan kitabxana, nümayiş olunan təhlükəsizlik geyimləri şkafı, alternativ enerji qurğularından ibarət maketlər, fotoşəkillər öz əksini tapmışdır.

Layihə üzrə digər komponent Məsləhətlər, təlim və texniki yardımdır. Bu komponent çərçivəsində alternativ enerji qurğuları, ətraf mühit və ekologiya, Enerjidən səmərəli istifadə, Təhlükəsizlik barədə 107 sahibkara və fermerə məsləhələtlər verilmişdir.

Layihənin təlim komponenti çərçivəsində Yevlax rayonunun 11 və Ağdaş rayonunun 4 məktəbində “Ətraf mühit və
Ekologiya, Enerjidən İstifadə, Təhlükəsizlik” mövzusunda təlimlər verilmişdir. 15 məktəbdə keçirilən təlimlərdə 551 nəfər iştirak etmişdir.Təlimlərdə nümayiş materialları kimi günəş enerjisi ilə işləyən müxtəlif maketlər nümayiş etdirilmişdir. Belə əyani vəsaitlər şagirdlərdə alternativ enerji haqqında daha ətraflı təssürat yaratmış və onların maraqlarına səbəb olmuşdur. Təlimlərdə interaktiv təlim metodundan istifadə olunmuşdur. Bu üsul təlimlərdə şagirdlərin fəallığının və ümumi iştirakının təmin olunmasında daha effektli olmuşdur.

Yevlax və Ağdaş rayonları üzrə təlim keçirilmiş 15 məktəbdə “Ətraf mühit və Ekologiya, Enerjidən istifadə, Təhlükəsizlik” mövzusunda rəsm, foto, hekayə ( məqalə ) müsabiqəsi keçirilmişdir. Müsabiqədə 198 şagird (80 qız, 118 oğlan) iştirak etmişdir. Onlar müsabiqəyə “Ətraf mühit və Ekologiya, Enerjidən istifadə, Təhlükəsizlik” mövzusunda ümumilikdə 200 iş (bunlarda 81 rəsm, 118 məqalə-hekayə, 1 foto) təqdim etmişlər. Müsabiqə materialları araşdırılmış və komissiyaya təqdim etmək üçün hazırlanmışdır.

“Enerjinin idarə olunması, bərpa edilən bilən enerji, ətraf mühit və təhlükəsizlik üzrə icma layihələri” komponenti üzrə Yevlax, Goranboy və Kürdəmir rayonlarında mikro-layihə həyata keçirmək üçün ilkin araşdırmalar aparılmışdır. Araşdırmaların nəticəsi olaraq Yevlax rayonu Səmədabad, Goranboy rayonu Eyvazlılar və Kürdəmir rayonunun Karrar kınd, Topalhəsənli, Muğanlı icmalarında alternativ enerji qurğularının quaşdırılması planlaşdırıldı. Alternativ enerji qurğuları haqda mütəxəssis rəyi hazırlanmış və qurğuların quraşdırılması üçün “Solaris Ltd” Şirkəti ilə müaqvilə imzalanmışdır. Nümayiş xarakterli layihələrindən Karrar kənd icmasında su təmizləyici qurğunun üzərində 3,6 kVt–lıq elektrik enerjisi verən Günəş panelinin quraşdırılması və Eyvazlılar icmasında Fermer təsərrüfatında 1 m3 tutumu olan Bioqaz quğusunun quraşdırılması layihələri başa çatdırılmışdır. Digər icmalarda mikro layihələrin həyata keçirilməsi davam edir.
 

 

ABŞ BİA-nın İcma İnkişafı Layihəsi

ABŞ BİA və Beynəlxalq CHF təşkilatının dəstəyi ilə həyata keçirilən “ABŞ BİA-nın İcma İnkişafı Layihəsi” 2006-cı ilin yekun rübünü uğurla başa vurdu.

Əsas məqsədi iqtisadi infrastrukturun bərpası yolu ilə yerli iqtisadi imkanları genişləndirmək olan layihə Respublikanın Şimal-Şərq regionunda—Dəvəçi, Xaçmaz, Quba və Qusar rayonlarında icra olunur.

Hədəf icmaların inkişafı istiqamətində dəyirmi masalar, məsləhət saatlıarı, və icma görüşlərinin keçirilməsi davam etdirilmiş, icmaların bacarıqlarının artırılması istiqamətində İcmanın Uzun müddətli İnkişaf Planı, Layihə təklifinin yazılması, Komanda işi və liderlik mövzularında təlimlər verilmişdir.

Ümumiyyətlə il ərzində İcmalarda iqtisadi infrastrukturun bərpasına xidmət edən 27 layihə həyata keçirilmişdir. Həmçinin il ərzində Beynəlxalq CHF Təşkilatı tərəfindən təsdiq edilmiş metodologiya və yanaşma vasitəsilə 16 İcma İnkişafı Şuraları yaradılmış və 16 İcma səfərbər olunmuşdur.

Layihənin icrası 2007-ci ildə də davam etdirilir.
 

 

Zığ İcma İnkişafına Təşəbbüs Layihəsi

2004-cü ildən icrasına başlanmış, əsas məqsədi Bakı şəhəri Xətai r-nu Zığ yolu, Z.Tağıyev adına Toxuculuq Kombinatının ətrafında yaşayan icmaları gücləndirəcək dayanıqlı və yaradıcı təşəbbüslərin dəstəklənməsi, gəlir yaratma imkanlarının yaradılması və sosial –iqtisadi imkanların yaxşılaşdırılması olan “Zığ İcma İnkişafına Təşəbbüs” layihəsi üzrə fəaliyyətin 3-cü ili başa çatmışdır. Layihə BP-nin maliyyə dəstəyi ilə, Şahdəniz Qaz İxracı layihəsi çərçivəsində həyata keçirilirdi.

Layihənin ən məsuliyyətli mərhələsi layihənin ilk mərhələsi - İcmaların Səfərbər olunması olmuşdur. İcmanın formalaşması, inkişafı və uğurlu fəaliyyəti icma səfərbərliyinin bazası əsasında qurulur. İcma səfərbərliyi icmanın həyatında daim tələb olunan bir prosesdir və icmanın əsas sütunudur. Bu mərhələ üzrə ümumi sayı 105 nəfər olmaqla 10 icma fəaliyyət qrupu formalaşdırılmış, 10 icma fondu yaradılmış, İcma fondunun məqsədləri və fondun maliyyə mənbələri müəyyənləşdirilmiş; fondun idarəetmə strukturu və sxemi hazırlanmışdır.

İcma İnkişafı istiqamətinin ən vacib komponentlərindən biri icma üzvlərinin bacarıqlarının artırılmasıdır. Komponentin əsas məqsədi İcmaların təkmilləşdirilmiş bacarıqlarının özünü təşkilatlandıran, idarə edən və təşəbbüskar cəmiyyətin idarə etdiyi inkişafa çatdırılmasıdır.
Layihə çərçivəsində bu komponent üzrə 3 mərhələdən ibarət təlimlər həyata keçirilmişdir:

İcmanın səfərbər olunması -Bu mərhələdə 6 mövzuda 526 nəfərin (228k, 298q) iştirakı ilə 61 təlim,
b) İcma Fəaliyyət qrupunun gücləndirilməsi- Bu mərhələdə 10 mövzuda 1097(399k, 698q) nəfərin iştirakı ilə 99 təlim,
c) Təşkilati İnkişaf- Bu mərhələdə 5 mövzuda 213 nəfərin (90k, 123q) iştirakı ilə 61 təlim verilmişdir.

Layihənin 3 illik fəaliyyəti ərzində müdaxilə icmalarında həyat səviyyəsi məsələləri və iqtisadi imkanların yaxşılaşdırılmasına ünvanlamaq üçün müxtəlif icma layihələri həyata keçirilmişdir. Bu layihələrin məqsədi əsas ehtiyaclara ünvanlanan zəruri ehtiyatları təşkil etmək və gəlir cətirmək üçün özül yaratmaqdır.

Layihə çərçivəsində sosial-infrstrukturun inkişafı istiqamətində 2 növ layihə həyata keçirilmişdir:

  • Sürətli Nümayiş layihələri -11 sayda

  • Mikro layihələr - 21 sayda

Zığ İcma İnkişafına Təşəbbüs Layihəsinin digər komponenti də Usta YAnında Şagird Hazırlığı metodu ilə gənclərin peşə bacarıqlarının artırılması olmuşdur. 3 il ərzində layihənin bu komponenti üzrə 128 nəfər müxtəlif peşələr üzrə təlimlərə cəlb olunmuş və arzu etdikləri peşələrə yiəyələnmişlər. Bu gənclərdən 33 nəfəri artıq işlə təmin olunmuşlar.

Layihə çərçivəsində Biznes Inkişaf Xidmətləri üzrə ərazidə fəaliyyət göstərən mövcud biznesi olan və yeni biznes sahələri açan sahibkarlarla görüşlər keçirilmiş, onların ehtiyacları müəyyənləşdirilmiş və biznes fəaliyyətlə bağlı məlumatlar, tövsiyyələr verilmişdir. Yeni biznes sahəsi açan sahibkarlara ilkin biznes anlayışı, “Usta Yanında Şagird Hazırlığı” kurslarını müvəffəqiyyətlə başa vurub biznes fəaliyyətinə başlayan gənclərə biznesin təşkili və onun idarə olunması, biznes planların hazırlanması istiqamətində müvafiq məsləhətlər verilmişdir.

     

Haqqımızda Ana səhifə  |  Əlaqə

"Ümid"Humanitar və Sosial Dayaq Mərkəzi; Bakı/Azərbaycan; Tel.: (994 12) 4345315; Faks: (994 12) 4349698;office@umid-hsdm.com