Ana səhifə  |  Haqqımızda  |  Əlaqə

 

  

>Azəri >English

Humanitar və Sosial  Dayaq  Mərkəzi

     
YAİİDP çərçivəsində növbəti İG 15-16 aprel, 2004-cü ildə Naxçıvanda təşkil olunmuşdur

"Yoxsulluğun Azaldılması və İqtisadi İnkişaf üzrə Dövlət Proqramı"nın "İctimai Maarifləndirmə və Yayım Proqramı" üzrə növbəti İctimai Görüş 15-16 aprel, 2004-cü ildə Naxçıvanda təşkil olunmuşdur.

İctimai Görüş ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi, Dünyanl Öyrənmək, BMT-nin İnkişaf Proqramı, Almaniya Əməkdaşlıq Təşkilatı və YAİİDP üzrə Katibliyin dəstəyi ilə yerli QHT-lər olan "Ümid" Humanitar və Sosial Dayaq Mərkəzi və "Simurq" Azərbaycan Mədəniyyət Assosiasiyası tərəfindən təşkil olunmuşdur.

İctimai Görüşün məqsədi proqramın gedişi barədə məlumat vermək, proqramda Hökumət tərəfindən müxtəlif sektorlar üzrə nəzərdə tutulmuş tədbirlərin icrasının və effektivliyinin təkmilləşdirilməsi istiqamətində fikir mübadiləsi təşkil etmək, ümumiyyətlə, vətəndaş cəmiyyəti və mərkəzi icra orqanları arasında effektiv dialoq təşkil etməkdən ibarətdir.

YAİİDP üzrə Katibliyin rəhbəri və ekspertləri proqramın icrası mərhələsində maarifləndirmə kompaniyası və monitorinq prosesinin rolu, həmçinin YAİİDP çərçivəsində Minilliyin İnkişaf Məqsədləri haqqında məlumat vermiş, ictimaiyyət nümayəndələrini maraqlandırn suallara cavab vermişlər.  

Görüş iştirakçıları 4 sektor - Bələdiyyə, İqtisadi İnkişaf, Enerji, Ekologiya və Turizm sektorları üzrə müzakirələrdə iştirak etmişlər. Sektor İşçi Qruplarının rəhbərləri iştirakçılara proqramda müxtəlif sektorlar üzrə nəzərdə tutulmuş və həyata keçirilən tədbirlər barədə məlumat vermiş və müzakirələrdə iştirak etmişlər. 

İki günlük müzakirələr zamanı, görüş iştirakçıları proqramda nəzərdə tutulmuş tədbirlər üzrə öz təkliflərini vermişlər.

Görüşdə Naxçıvan, Şərur, Ordubad, Culfa və Babək rayonlarından dəvət olunmuş 85 nəfər ictimaiyyət nümayəndəsi iştirak etmişdir.

Bundan əlavə, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin Ölkə üzrə Direktoru, Dünyanı Öyrənmək, BMT-nin İnkişaf Proqramı, Katolik Yardım Xidmətləri, Asiya İnkişaf Bankı təşkilatlarının nümayəndələri, həmçinin YAİİDP üzrə Katibliyin rəhbəri və ekspertləri görüşdə iştirak etmişlər.

 

     

Haqqımızda Ana səhifə  |  Əlaqə

"Ümid" Humanitar və Sosial Dayaq Mərkəzi; Bakı/Azərbaycan; Tel.: (994 12) 4345315; Faks: (994 12) 4349698;office@umid-hsdm.com