 |
«Ümid» Humanitar və Sosial Dayaq
Mərkəzi dünya üzrə təşkil edilən «Enerji Qlobusu Mükafatı – 2007»
müsabiqəsində Dayanıqlıq üzrə Milli qalib setifikatı
ilə təltif edilmişdir
25-26 May 2008-ci il, Brüssel şəhəri, Belçika
«Ümid» Humanitar və Sosial Dayaq Mərkəzi Avropa Parlamentinin keçirdiyi
Dayanıqlıq üzrə Dünya Mükafatı-2007 («Enerji Qlobusu») müsabiqəsində iştirak
etmiş və beynəlxalq Juri tərəfindən Azərbaycan üzrə Milli qalib kimi
sertifikatla təltif edilmişdir. «Ümid» HSDM-yə sertifikat «Beynəlxalq Enerji
Qlobusu»nun sədri Maneka Qandhi tərəfindən təqdim edilmişdir.

2007-ci il üzrə ENERJI QLOBUSU mükafatları 26
may, 2008-ci ildə Brüsseldə Avropa Parlamentində təqdim edilmişdir.
Mükafatların məqsədi geniş auditoriyaya uğurlu və dayanıqlı layihələr təqdim
etmək, çoxlu sayda ekoloji problemlərin yaxşı və real həlli imkanlarını
aşkara çıxarmaqdan ibarətdir. Hər il bütün dünyadan 800 layihə və
təşəbbüslər Yer, Od, Su, Hava və Gənclik kateqoriyaları üzrə müsabiqəyə
təqdim edilirlər.
Avropa Birliyi Komissiyasının Prezidenti Jose
Manual Barroso, BMT-nin keçmiş Baş Katibi Kofi Annan, incəsənət xadimi Dion
Varvik və "Bollivud» aktyoru Amir Xan Hava, Su, Od, Yer və Gənclik
kateqoriyaları üzrə Enerji Qlobusu Mükafatlarını təqdim edən qonaqlar
sırasında olmuşlar.
2007-ci il üzrə dünya üzrə mükafat almaq üçün
109 ölkədən təqdim edilmiş 853 layihədən 15 ən unikal təşəbbüs Brüsseldə
Avropa Parlamentinə təqdim edilmişdir. Hər millətdən ən yaxşı layihə Milli
Enerji Qlobusu Mükafatı ilə təltif edilmişdir.
«Ümid» HSDM Su kateqoriyası üzrə milli qalib
elan edilmişdir. Bu kateqoriya layihələrinə içməli su təchizatı, məişət
suyu, suvarma, su yollarının mühafizəsi, çirkab suların daşınması,
kənarlaşdırılması və emalı kimi sahələri əhatə edən layihələr daxildir.
«Bakı-Tbilisi-Ceyhan boru kəməri boyunca
yerləşən icmalarda içməli su təchizatının yaxşılaşdırılması» layihəsi
2005-ci ildən bəri BP və onun partnyorlarının maliyyə dəstəyi ilə Kürdəmir,
Ucar və Ağdaş rayonlarında həyata keçirilir.
Layihə çərçivəsində əhalinin təmiz, içməli suya olan ehtiyacının təmin
edilməsi məqsədilə quraşdırılan 11 Su Təmizləmə Qurğuları xarakterinə görə
Azərbaycanda innovativ sayıla bilər. Belə ki, ilk dəfə icmalar üçün əldə
edilə bilən ultra-bənövşəyi şüaların istifadəsi ilə fəaliyyət göstərən bu
mobil qurğularda içməli su ehtiyatları təmizlənir və əhalinin istifadəsinə
verilir.
Brüsseldə keçirilən Mükafatlandırma Tədbiri layihələri ətraf mühitin
qorunmasını və dünya resurslarının idarə olunmasında dayanıqlıq üzrə vacib
məsələləri hədəf alan qaliblərin tanınması üçün unikal imkan oldu. Bu tədbir
həmçinin 9 il ərzində dünyanın ən qabaqcıl ətraf mühit mükafatını
formalaşdıran «Enerji Qlobusu» müsabiqəsinə müraciət edilməsi üçün əvəzsiz
çağırış və həvəsləndirmə vasitəsidir.
|
|